4 mart 2011 00:06

Hər şey bitdimi?

Ölkə kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vuruldu. İki günə paylaşdırılan qarşılaşmalarda kifayət qədər maraqlı nəticələr qeydə alındı.
 
İlk oyunlar çərçivəsində ev oyunlarını “Şəfa”da keçirən iki komandadan biri – AZAL-ın “Turan”la dueli bir gün öncə baş tutdu. Kubokda yolları bir dəfə kəsişən və Tovuz klubunun növbəti mərhələyə vəsiqə qazanmasıyla nəticələnən AZAL – “Turan” duelində bu dəfə paytaxt klubunun şansları daha yüksək qiymətləndirilirdi. Hər halda Nazim Süleymanovun komandası cari mövsüm heç də az iddialı təsir bağışlamır. Düzdü, son turlarda ardıcıl xal itkiləri “təyyarəçilər”in əzəmətinə müəyyən qədər kölgə salsa da, “Turan”ın da hazırkı durumunu nəzərə aldıqda, istənilən halda paytaxt klubu bölgə təmsilçisini keçəcək gücdədi. Gözlənildiyi kimi, Premyer Liqanın cari mövsümündə bu komandaların duellərində sevinən tərəf olan AZAL (evdə 1:0, səfərdə 3:1) bu dəfə də şansını qaçırmadı.
 
Lakin qazanılan 2:0 hesablı qələbə hələlik Tovuz klubunun mübarizədən kənarlaşması anlamına gəlməməlidi. Axı Naci Şensoylu “Turan”la Tovuzdakı görüşlər həmişə çətin olar. Lakin gəlin razılaşaq ki, Tovuz klubunun hansısa möcüzə etməsi də inandırıcı görünmür. Yenə bölgə təmsilçisi vacib səfər qoluna imza atsaydı, nəyəsə ümid edə bilərdi. Ancaq belə çox çətin ki, AZAL bu üstünlüyünü əldən versin.
 
1/4 final mərhələsinin daha bir maraqlı cütü vaxtilə üz-üzə gəlmiş komandalardan ibarət idi. Ölkə kubokunun hazırkı sahibi “Bakı” vaxtilə iki oyunun nəticəsinə görə onu növbəti mərhələyə buraxmayan “Qəbələ”dən qisas almaq imkanına malikdi. Gəl ki, “zolaqlılar” Qəbələdəki ilk oyunda demək olar, heç nə edə bilmədi. Halbuki, yenicə başa çatan təsnifat mərhələsində ilk altılığa düşmək üçün gərgin mübarizə aparan bu iki komandanın duelindən qalib çıxan tərəf paytaxt klubu olmuşdu.
 
Biabırçılıqdan son anda yaxa qurtaran “zolaqlılar”dan fərqli, “Qəbələ” üçün avrokuboklara vəsiqə qazanmaq və ya mövsümü titulla bitirmək baxımından yeganə yol kubokdan keçir. Odu ki, Toni Adamsın komandası bakılılarla ilk görüşdə qeydə alınan qolsuz heç-heçəni səfərdə istənilən hesablı qollu heç-heçəyə çevirməklə, qisasını ala bilər. “Bakı” isə tutulunu qorumaq üçün çempionatda olduğu kimi, bu dəfə də Qəbələ təmsilçisi üzərində mütləq qələbə qazanmalıdı. Əks halda hazırkı titulunu itirmiş olacaq.
 
“Abşeron” – “İnter” dueli isə bir sıra özəlliklərinə görə fərqlənirdi. Çünki, son Azərbaycan çempionu digər iştirakçılardan fərqli kubokdakı mübarizəsini davam etdirən yeganə birinci divizion təmsilçisiylə qarşılaşırdı. Mirbağır İsayevin komandası birinci divizionda at oynatsa da, Premyer Liqadakı gələcək rəqibiylə dueldə nə qədər müqavimət göstərsə də, sonda meydandan məğlub ayrıldı. Bu isə, cavab matçında “İnter”in növbəti mərhələyə vəsiqə qazanmaq yolunda ümumiyyətlə hansısa çətinlik çəkməyəcəyinə işarədi.
 
Şübhəsiz 4 qarşılaşma arasında ən çox maraq doğuran görüş isə Premyer Liqada da liderlik edən, çempionluq uğrunda mübarizə aparan “Neftçi” və “Xəzər Lənkəran” arasında oldu. Bu iki əzəli rəqibin müxtəlif dövrlərdə hər bir görüşü böyük maraq doğurmuşdu. Hətta iddialı təsir bağışlamadıqları günlərində də. Lakin hazırda çempionluq üçün döyüşən tərəflər eyni zamanda kubokda da itkisiz irəliləməyi hədəfləyirlər. Bu mənada ölkə kubokunda ilk dəfə üz-üzə gələn əzəli rəqiblərin bu turnirdəki mübarizəsinin də güzəştsiz keçəcəyi dəqiq idi.
 
Lakin çox güman ki, heç kim bu dəfəki “Böyük oyun”da “Neftçi”nin 4 qol buraxacağını, ümumiyyətlə qapılara 7 top vurulacağını gözləmirdi. Amma əzəli rəqiblər belə bir futbol şousunu azarkeşlərinə yaşatdırdı. Doğma meydanda buraxılan 4 qol “ağ-qaralar”ın işini nə qədər çətinləşdirdisə, Lənkəran klubuna da bir o qədər böyük üstünlük qazandırdı. Hətta baş məşqçi Mirça Rednikin bu görüşdə texniki zonadan qovulduğu üçün cavab görüşündə komandasının yanında olmayacağına rəğmən. Buna baxmayaraq, yenə hər kəs hər şeyə cavab görüşündə aydınlıq gələcəyini düşünür.
 
Qeyd edək ki, artıq cari mövsümdə 3 dəfə üz-üzə gəlmiş “Neftçi” və “Xəzər Lənkəran”ı may ayına kimi daha 3 duel gözləyir. Təsnifat mərhələsindəki görüşlərin nəticəsini də nəzərə alsaq, üstünlüyün cənub təmsilçisində olduğunu demək olar. Hər halda doğma meydanda minimal hesablı qələbəyə sevinən Mirça Rednikin komandası səfərdən də qolsuz heç-heçə ilə dönmüşdü. Bu dəfə isə möhtəşəm səfər qələbəsini də qazanmalarıyla öyünə bilərlər.
Sonda 1/4 final mərhələsinin cavab oyunlarının 8-9 mart tarixində keçiriləcəyini də vurğulayaq : 8 mart - Xəzər Lənkəran – Neftçi, Bakı - Qəbələ, İnter – Abşeron, 9 mart - Turan – AZAL.
 
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
 
AZAL - Turan – 2:0 (2:0)
 
Qollar: Qvidas Yuska, 39 (0:1), Nuqzar Kvirtiya, 43 (0:2).
Vərəqələr: Viktor İbekoi, 21, Nuqzar Kvirtiya, 90+2 - Martin Kerçev, 4, Yasin Abbasov, 14, Elnur Abbasov, 36 – sarı.
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Coşqun Həsənov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
2 mart 2011. “Şəfa” stadionu. 600 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Ritus Krjauklis, 8. Eleandro Pema (7. Tərlan Xəlilov, 73), 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 15. Qvidas Yuska (24. Enyo Krastovçev, 65), 20. Gennadi Bliznyuk (11. Zohair Benouahi, 46), 21. Mirko Bunyevçeviç.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 16. Mensur Limani, 17. Vüsal Qarayev, 22. Anar Həsənov.
Baş məşqçi: Nazim Süleymanov.
Turan: 85. Kamal Bayramov, 3. Vurğun Hüseynov (k), 5. Muammer Erdoğdu, 6. Elnur Abbasov (19. Rəşid Həsənov, 59), 16. Oleq Qvelesiani (45. Fərmayıl Əliyev, 57), 20. Georgi Beriaşvili, 21. Rəşad Orucov, 22. Məhərrəm Müsümzadə, 24. Georgi Çediya, 25. Martin Kerçev, 28. Yasin Abbasov (26. Boris Kondev, 75).
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 10. Xəyal Qarayev, 11. Azər Məmmədov, 14. Viktor Qonta.
Baş məşqçi: Naci Şensoy.
 
Qəbələ - Bakı – 0:0
 
Vərəqələr: Razvan Tarlea, 45+1, Qoqa Beraya, 58, Murad Hüseynov, 66 - Stevan Bates, 56, Fabio Luis Ramim, 65 - sarı.
Hakimlər: Rövşən Əhmədov, Vaqif Musayev, Mehman Mahmudov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
03 mart 2011. Qəbələ şəhər stadionu. 500 tamaşaçı.
Qəbələ: 12. Pavel Dorosev, 3. Nodar Məmmədov, 6. Lyuba Baranin, 8. Bruno da Silva, 10. Deon Barton, 14. Milan Antiç, 15. Razvan Tarlea, 18. Qoqa Beraya (k), 19. Branimir Subaşiç (17. Arif İsayev, 46), 22, Murad Hüseynov, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 7. Yaşar Abuzərov, 9. Bruno dos Anjos, 16. Abdulkader Kamara, 20. Kristian Torres.
Baş məşqçi: Toni Adams.
Bakı: 1. Marko Şarliya, 4. Vadim Borets, (99. Leonardo Roşa, 42), 15. Cəmşid Məhərrəmov (k), 18. Radomir Todorov, 20. Fabio Luis Ramim, 29. Əziz Quliyev, 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 33. Stevan Bates, 39. Ruslan Leviqa (12. Vyaçeslav Sofroni, 59), 85. Jaba (2. Saşa Kaykut, 83).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 3. Rafael Əmirbəyov, 7. Mahmud Qurbanov, 11. Adnan Barakat.
Baş məşqçi: Aleksandr Starkov.
 
Abşeron - İnter - 0:1 (0:0)
 
Qol: Girts Karlsons, 79.
Vərəqə: Aleksandr Şemonayev, 44 – sarı.
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İsgəndər Əliyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
Artırılan vaxt: I hissədə - yoxdur, II hissədə - 3 dəqiqə
03 mart 2011. "Şəfa" stadionu. 1000 tamaşaçı.
Abşeron: 44. Andrey Popoviç, 3. Fərrux Rəhimov, 5. Ramil Nuriyev, 13. Aleksandr Şemonayev, 17. Zahid Quliyev, 22. Timur İsrafilov, 6. Natiq Kərimi, 7. İsmayıl Məmmədov (k), 19. Orxan Həsənov (16. Aqşin Həşimov, 85), 11. Kamil Nurəhmədov (90. Eşqin Quliyev, 79), 21. Emin Mehtiyev (9. Murad Ağakişiyev, 68).
Ehtiyat oyunçular: 99. Osman Umarov, 24. Samir Babayev, 14. Emil Hüseynov, 25. Ruslan Tağızadə.
Baş məşqçi: Mirbağır İsayev.
İnter: 72. Dmitri Kramarenko, 4. Danildo Assioli, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 9. Rövşən Əmiraslanov, 11. Asif Məmmədov (28. Baçana Sxadadze, 46), 12. Filip Despotovski (13. Bronislav Çervenka, 55), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 32. Robertas Poşkus (20. Girts Karlsons, 70), 88. Kaxaber Mjavanadze.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 23. Şəhriyar Rəhimov, 35. Aleksandr Qross, 77. Daniel Genov.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
Neftçi - Xəzər Lənkəran - 3:4 (1:3)
 
Qollar: Parks, 12 (0:1), Flavinyo, 32-pen (1:1), Skarlatake, 36 (1:2), Vobay, 45+2 (1:3), Mureşan, 61 (1:4), Flavinyo, 63 (2:4), Georgiyevski, 70 (3:4).
Vərəqələr: Denis Silva Kruz, 64, Araz Abdullayev, 86 - Stelian Stanku, 31, Elnur Abdullayev, 55, Adrian Pit, 75, Emeka Opara, 85 – sarı.
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Eldar Nağıbəyov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
3 mart 2011. Tofiq Bəhramov adına Respublika stadionu. 5000 tamaşaçı.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k) (11. Cavid Hüseynov, 79), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 19. Mirhüseyn Seyidov (7. Rodriqinyo, 38), 25. Cavid İmamverdiyev (17. Araz Abdullayev, 46), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 34. Vitali Kovalyov, 8. Elmar Baxşıyev, 16. Alessandro Viano da Silva, 18. Ruslan Əmircanov.
Baş məşqçi: Arif Əsədov.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 8. Nikulae Musat, 10. Elnur Abdullayev, 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 27. Manuel Skarlatake, 28. Kosmin Frasinesku, 36. Uinston Parks (15. Emeka Opara, 70), 77. Stelian Stanku, 84. Julius Vobay (30. Katalin Doman, 83).
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 9. Aleksandru Pitsurka, 18. Alim Qurbanov, 19. İbrahima Banqura, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Mirça Rednik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.