4 mart 2011 12:31
Rövnəq Abdullayev: Həmin stadionun adı tenderdən sonra bilinəcək
AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, hələ Mərdəkanda inşa edilən stadiona hansı ad veriləcəklərinə aydınlıq gətirməyiblər. Azerisport.az xəbər verir ki, o bu haqda danışarkən, aşağıdakıları qeyd edib:
“Hələlik biz onu “Dalğa” adlandırırıq. Ancaq tezliklə bununla bağlı tender elan olunacaq. Mümkündü ki, stadionun adı məhz həmin tenderdə qalib gələcək kompaniyanın adını daşısın”.
