4 mart 2011 15:48

AFFA-nın fəaliyyətinə qiymət verildi (YENİLƏNİB)

Bu gün AFFA-nın inzibati binasında AFFA-nın 18-ci Konfransı keçirilib. Azerisport.az xəbər verir ki, konfransı AFFA-nın prezidenti Rövnəq Abdullayev açıb:
 
“Hörmətli Konfrans iştirakçıları və qonaqlar! AFFA-nın növbəti Konfransında hər birinizi salamlayıram. İlkin olaraq qonağımızı təqdim etmək istərdim. Bugünkü Konfransda UEFA prezidentinin müşaviri cənab Paskal Torres iştirak edir. Avropa futbol qurumunun nümayəndəsini Azərbaycan futbol ictimaiyyəti adından salamlayırıq. Hesabat dövrü Azərbaycanda futbolun inkişafı üçün həyata keçirilən tədbirlər və əldə olunan müsbət nəticələr baxımından əlamətdar olub. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi uğurla davam etdirilib. Futbolun inkişafı üçün AFFA tərəfindən əsas prioritetlər müəyyənləşdirilib. Uğur əldə etmək üçün 3 əsas istiqamət götürülüb. Bunlar kütləvi futbol, təhsil və infrastrukturdu.
 
Futbolun kütləviliyinin təmin olunması məqsədilə AFFA tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər UEFA tərəfindən yüksək qiymətləndirilir və bununla bağlı UEFA AFFA-ya 3 ulduz verib. AFFA tərəfindən tətbiq olunan qeydiyyat sistemində Azərbaycan futbol ailəsinin üzvlərinin sayı artıq 15.000 nəfəri keçib. Futbol təhsilinin gücləndirilməsi üçün də müvafiq işlər görülür. Ölkəmizdə UEFA-nın C, B və A kateqoriyalı məşqçi kursları mütəmaid təşkil olunur. Artıq Pro kateqoriyalı kursların da AFFA tərəfindən keçirilməsi üçün UEFA müvafiq qərar çıxarıb.
 
İnfrastrukturla bağlı layihələrimiz barədə də ictimaiyyətin məlumatı var. Bakıda və respublikanın müxtəlif bölgələrində süni örtüklü meydançaların quraşdırılaraq təmənnasız şəkildə futbol həvəskarlarının, uşaq və yeniyetmələrin ixtiyarına verilməsi prosesi davam etdirilib.
Hesabat ilində AFFA tərəfindən 3 stadionun inşasına başlanıb. Mərdəkan, Bayıl və 8-ci kilometr qəsəbələrində stadionların tikintisi davam etdirilir.
 
FİFA İcraiyyə Komitəsinin 2010-cu il 19 mart tarixli iclasında 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının ev sahibi hüququnun Azərbaycana verilməsi barədə qərar çıxarılıb. Bu, AFFA-nın fəaliyyətinin beynəlxalq futbol qurumlarının da diqqət mərkəzində olmasının göstəricisidi.
Təbii ki, uğurlu nəticələrdən danışarkən komandalarımızın qazandığı qələbələri xüsusi qeyd etmək lazımdır. Futzal üzrə milli komandamızın Avropa çempionatında IV yeri tutması, «Araz» klubunun UEFA kubokunda III yeri tutması, «Qarabağ» klubunun Avropa Liqasında play-off mərhələsinə qədər irəliləməsi, millimizin Türkiyə yığması kimi güclü rəqibi məğlub etməsi gələcəyə nikbin baxmağımıza əsas verən nəticələrdi”.
 
AFFA prezidenti çıxışını bitirdikdən sonra Konfransı aparmaq üçün söz baş katib Elxan Məmmədova verilib. E.Məmmədov bildirib ki, Konfransın səlahiyyətli olub-olmadığını müəyyənləşdirmək üçün mandat komissiyasının məruzəsi dinlənilməlidi. Mandat komissiyasının sədri Gülağa Cabarov Konfransda 35 səs hüquqlu nümayəndədən 32 nəfərinin iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu deyib.
 
E.Məmmədov Konfrans iştirakçılarını AFFA-nın hesabat dövründə fəaliyyəti ilə bağlı hazırlanmış videoçarxa baxmağa dəvət edib. Videoçarx nümayiş etdirildikdən sonra AFFA-nın baş mühasibi Yusif Həmidov 2010-cu il maliyyə hesabatı və 2011-ci il büdcə layihəsi barədə məlumat verib.
 
Respublika Auditorlar Palatasının Bakı şəhər Audit Təşkilatının auditoru Xanbaba Quliyev hesabat dövrü ilə bağlı məruzə edib.
 
Çıxışlar başa çatdıqdan sonra Konfransda aşağıdakı qərarlar qəbul edilib:
1. AFFA-nın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunsun
2. AFFA-nın maliyyə hesabatı qəbul edilsin və növbəti ilin büdcəsi təsdiq olunsun
3. Bakı şəhər Auditor təşkilatının hesabatı qəbul edilsin və həmin təşkilatla müqavilənin müddəti artırılsın
4. Fəaliyyət müddəti başa çatdığı üçün Lisenziyalaşdırma üzrə Birinci İnstansiya Orqanı və Apellyasiya Komitəsinin yeni üzvlərinin siyahısı aşağıdakı tərkibdə təsdiq olunsun:
Lisenziyalaşdırma üzrə Birinci İnstansiya Orqanı
1. Elçin Usub - sədr
2. Vladimir Fyodorov – üzv
3. Elçin Səmədli - üzv
4. Mahmud Yusifov - üzv
5. İslam Bayramov - üzv
6. Firdovsi Qasımov - üzv
7. İslam Abbasov - üzv
Apellyasiya Komitəsi
Nazim Əliyev - sədr
2. Quluzadə Rauf - üzv
3. Axundov Nazim - üzv
4. Anar Yusubov - üzv
5. Namiq Zamanov - üzv
6. Hacıyev İlham - üzv
7. Mövsümov Famil - üzv
 
Sonra söz UEFA prezidentinin müşaviri Paskal Torresə verilib. P.Torres çıxış edərək futbolun inkişafı məqsədilə AFFA-nın həyata keçirdiyi tədbirlərin UEFA tərəfindən diqqət mərkəzində saxlanıldığını və yüksək qiymətləndirildiyini deyib.
 
Konfransa AFFA-nın prezidenti Rövnəq Abdullayevin qısa fikirlərini bildirməsi ilə yekun vurulub: “Hesabat dövrü ərzində AFFA-nın həyata keçirdiyi tədbirlərə bir daha nəzər saldıq. Düşünürəm ki, əldə olunan uğurlarla kifayətlənməməli, daha böyük qələbələr qazanmaq üçün səylərimizi gücləndirməliyik. Bütün bu uğurların əldə olunmasına görə Azərbaycan futbol ailəsinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm. Əldə olunan bütün uğurlar bizim birgə fəaliyyətimizin nəticəsidi. Biz birlikdə güclüyük”!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.