4 mart 2011 12:43
Mişel Platini Bakıya gəlir
UEFA prezidenti Mişel Platini Bakıya gələcək. Azerisport.az xəbər verir ki, qitə futbol qurumunun rəhbərinin bu ilin iyun ayında ölkəmizə gəlişi nəzərdə tutulub.
Qeyd edək ki, onun səfərdəki əsas məqsədi Azərbaycan futbolunun 100 illiyi münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etmək olacaq.
