8 mart 2011 00:08
Türkiyə çempionatı: Fenerbahçe yenidən zirvədə (YENİLƏNİB)
Türkiyə Superliqasında 24-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə cəmi 1 qarşılaşma keçirilib.
Turun açılış oyununda liderlər qrupunda qərarlaşan “Kayserispor” doğma meydanda ortabablardan olan “Manisaspor”la qarşılaşıb. Lakin Kayseri təmsilçisi gözlənilməz yenilgiylə üzləşib.
İkinci oyun günündə əsas diqqət çəkən görüş "Galatasaray"la "Karabükspor" arasında baş tutub. Eyni xala malik olduğu komandanı doğma meydanda məğlub etməklə, xeyli irəliləmək imkanına malik olan "sarı qırmızılar" qolsuz bu şansdan da yararlana bilməyiblər.
Üçüncü oyun günündə ikinci dövrədə heç cür özünə bənzəməyən "Beşiktaş" doğma divarlar arasında "Trabzonspor"la qarşılaşıb və rəqibi üzərində qələbəni əldən verməsi azmış kimi, məğlubiyyətlə üzləşib.
Hesabat turunun qapanış matçına isə "Fenerbahçe" səfərdə "Gençlerbirliği" üzərində qazandığı qələbəylə zirvəyə şərik çıxıb.
Türkiyə Superliqası
24-cü tur
4 mart
Kayserispor – Manisaspor – 1:2
Qollar: Salayeta, 90 – İvanski, 17, Kahe, 89.
5 mart
Konyaspor - Ankaragücü - 0:2
Qollar: Qabriç, 2; 31.
Gaziantepspor - Sivasspor - 3:1
Qollar: Vaqner, 4, Popov, 25, Tosun, 64 - Kılıç, 40.
Galatasaray - Karabükspor - 0:0
6 mart
Kasımpaşa - Antalyaspor - 2:3
Qollar: Çolak, 58, Robledo, 71 - Dağaşan, 49, Yılmaz, 61, Tita, 90.
Bursaspor - İstanbul BB - 1:1
Qollar: Batalya, 61 - İnanc, 65.
Eskişehirspor - Bucaspor - 1:0
Qollar: Karan, 50.
Beşiktaş - Trabzonspor - 1:2
Qolllar: Bobo, 66 - Gülselam, 68, Burak, 88.
7 mart
Genclerbirligi – Fenerbahçe - 2:4
Qollar: Sam, 24, Meriç, 45 - Luqano, 14, Aleks, 22-pen, Nyanq, 62, Santos, 68.
| 1 | Fenerbahce | 24 | 17 | 3 | 4 | 58 | - | 26 | 54 |
| 2 | Trabzonspor | 24 | 16 | 6 | 2 | 51 | - | 20 | 54 |
| 3 | Bursaspor | 24 | 14 | 7 | 3 | 41 | - | 19 | 49 |
| 4 | Kayserispor | 24 | 12 | 7 | 5 | 33 | - | 22 | 43 |
| 5 | Gaziantepspor | 24 | 12 | 7 | 5 | 29 | - | 19 | 43 |
| 6 | Besiktas | 24 | 10 | 5 | 9 | 37 | - | 29 | 35 |
| 7 | Eskisehirspor | 24 | 9 | 8 | 7 | 26 | - | 25 | 35 |
| 8 | Istanbul BB | 24 | 10 | 4 | 10 | 31 | - | 26 | 34 |
| 9 | Manisaspor | 24 | 11 | 1 | 12 | 39 | - | 39 | 34 |
| 10 | Karabukspor | 24 | 9 | 6 | 9 | 37 | - | 38 | 33 |
| 11 | Galatasaray | 24 | 10 | 3 | 11 | 26 | - | 29 | 33 |
| 12 | Ankaragucu | 24 | 7 | 7 | 10 | 33 | - | 41 | 28 |
| 13 | Antalyaspor | 24 | 7 | 7 | 10 | 24 | - | 34 | 28 |
| 14 | Genclerbirligi | 24 | 7 | 6 | 11 | 27 | - | 39 | 27 |
| 15 | Sivasspor | 24 | 4 | 7 | 13 | 27 | - | 46 | 19 |
| 16 | Bucaspor | 24 | 4 | 6 | 14 | 17 | - | 35 | 18 |
| 17 | Konyaspor | 24 | 3 | 7 | 14 | 20 | - | 37 | 16 |
| 18 | Kasimpasa | 24 | 3 | 5 | 16 | 22 | - | 54 | 14 |
