5 mart 2011 13:18
Ramiz Məmmədov sabah Qazaxıstanda debüt matçına çıxır
Sabah Qazaxıstan çempionatında yeni mövsümün startı veriləcək. Azerisport.az xəbər verir ki, bu ildən etibarən bu ölkənin “Atırau” klubunu çalışdırmağa başlayan Ramiz Məmmədov da ilk sınağına məhz sabah çıxacaq.
“Qəbələ”nin sabiq çalışdırıcısının yeni mövsümün açılış turundakı rəqibi isə “Aktobe”di. Səfərdə keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 15:00-da başlayacaq.
