5 mart 2011 13:26
Blatter də Bakıya gəlir
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə təşkil olunacaq tədbirlərdə UEFA prezidenti Mişel Platininin iştirak edəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, AFFA rəhbərliyinin təşkil edəcəyi tədbirlərə sadəcə o dəvətli deyil.
Belə ki, futbol qurumunun rəhbərliyi FİFA prezidenti Zepp Blatteri də Bakıya çağırıb.
