5 mart 2011 13:45

Ramiz Məmmədov: Azərbaycanlı oyunçuların Atırau`ya gəlişinə imkan vermədilər

Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov azerisport.az saytına müsahibəsində mövsüm öncəsi komandasının durumunu dəyərləndirib.
 
- “Atırau”nun çempionata hazırlığı necə keçdi?
- Təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Komanda üçün ideal şərait yaradılmışdı. Son yoldaşlıq oyununda birinci divizion təmsilçisi “Çesna” ilə qarşılaşdıq. Bu oyunda 1:0 hesabıyla qələbə qazandıq. Çempionatın startı ərəfəsində bu qələbə bizə inam qazandırmış oldu.
 
- Əvvəllər, siz “Atırau”da azərbaycanlı futbolçuların da olacağını deyirdiz. Nə səbəbə bu baş tutmadı?
- Mənim maraq dairəmə düşən futbolçular arasında azərbaycanlılar, həmçinin Azərbaycanda oynamış, oynayan legionerlər də var idi. Onların bəzilərinin klublarıyla müqaviləsi var idi. Yığmadan da futbolçular var idi. Təəssüf ki, onların Qazaxıstana gəlişi mümkün olmadı. Klubları onları buraxmadı. Yəqin ki, klub rəhbərləri söhbətin kimlərdən getdiyini bilir. Ad çəkməyəcəm. Ancaq mümkündü ki, onlar yayda Qazaxıstana gəlsin. Fikrimcə, həmin vaxt bu mümkün olacaq.
 
- Qazaxıstan çempionatı barədə nə öyrənə bilmisiz?
- Burdakı çempionatın sistemi elə bizdəkinə oxşardı. Mövsümün sonunda medallar uğrunda 6 komanda yarışır. Qalanları elitada qalmaq üçün mübarizə aparır. Bizim ilk vəzifəmiz birinci altılığa düşməkdi. Ötən mövsüm “Qəbələ”ylə bu vəzifə uğrunda çalışırdım, indi də burda, Qazaxıstanda eyni şey təkrarlanacaq.
 
- Birinci oyununuz “Aktobe”yə qarşı olacaq. Debüt asan olmayacaq, elə deyilmi?
- Bu komanda çempionatın əsas liderlərindən biridi. Demək olar ki, bu ölkənin ən güclü komandalarından biri ilə oyunla başlayırıq. “Aktobe”nin çox güclü heyəti var. Qarşımıza böyük vəzifələr qoyulub. Dəqiq heç nə deyə bilmərəm, amma biz qorxmuruq. Bu oyunda da qarşımıza qələbə qazanmaq vəzifəsini qoymuşuq. Çempionata qələbəylə başlamağı çox istəyirik.
 
- Ancaq matç səfərdə keçiriləcək. Qələbə qazanmaq ikiqat çətin olacaq...
- Türkiyə toplanışı zamanı Qazaxıstan klubları haqda müəyyən informasiya toplaya bilmişəm. Ona görə də düşünürəm ki, böyük çətinlik olmayacaq. Baş məşqçi kimi komandanın transferlərindən razıyam. Klub rəhbərliyi sağ olsun ki, bütün arzularımızı reallaşdırıb. Ona görə də biz artıq birinci turdan qələbəylə başlamaq istəyirik. Qazaxıstan çempionatında böyük rəqabət var. Futbola böyük pullar yatırılır. Ona görə də asan oyunlarımız olmayacaq.
 
- “Atırau”nun ilk altılığa düşmək şansarını necə dəyərləndirirsiz?
- Biz buna hazırlaşmışıq. Düşünürəm ki, öz arzularımızı gerçəkləşdirə biləcəyik. Axı biz həm də avrokuboklara vəsiqə qazanmalıyıq. Ancaq hələ bu haqda danışmaq tezdi. Öncə komandanı altılığa çıxarmalıyıq. Hələ mövsüm başlamamış onun nəticələrindən danışmaq düz çıxmır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.