5 mart 2011 13:38
Neftçi XL-la cavab oyununa 4 itkiylə hazırlaşır
Azərbaycan kubokunun "Xəzər Lənkəran"la oyunundan sonra bir günlük istirahətə buraxılan "Neftçi" məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, flaqman 1/4 final mərhələsinin cavab görüşünə hazırlığı klubun bazasındakı meydançada keçib.
Məşqdə zədəlilər - Emil Mpenza, Yasin Hima, Amit Quluzadə və Paulius Qrabauskasdan başqa bütün futbolçular iştirak ediblər.
"Neftçi"nin növbəti məşqi sabah saat 11:00-da olacaq. Bundan sonra isə komanda üzvləri Lənkəran şəhərinə yola düşəcəklər.
