5 mart 2011 14:01
Qarabağ Rusiya klubu ilə oyuna hazırdı
“Qarabağ” Antalyada hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, artıq 6 gündü qardaş ölkədə təlim-məşq toplanışında olan komanda bu gün tək məşqlə kifayətlənib.
Sabah “Ska-Enerji” ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanı çox yormamaq qərarına gəlib. Qeyd edək ki, Rusiya təmsilçisi ilə oyun Bakı vaxtıyla 19:00-da keçiriləcək.
Oyun “Qarabağ”ın məskunlaşdığı “İC Santai” otelinin futbol meydançasında baş tutacaq. Oyunun ertəsi “Qarabağ” hazırlıqlarını tamamlayaraq Bakıya geri dönəcək.
