5 mart 2011 15:26
Neftçi təkzib edir
"Neftçi” PFK rəsmi saytı vasitəsilə təkzib bəyanatı yayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Tahir Süleymanovla bağlı məlumatları yalanlayıb:
“Son günlər mətbuatda "Neftçi" PFK-nın vitse-prezidenti Tahir Süleymanova töhmət verilməsi haqda xəbərlər dərc olunur. "Neftçi" futbol klubu olaraq bəyan edirik ki, bu xəbərlər həqiqətə uyğun deyil. İnformasiya portallarında bununla bağlı məlumatlar heç bir reallığı əks etdirmir”.
