5 mart 2011 15:34
XL-da 16-cı rumıniyalı futbolçu
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu daha bir futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamtdar oldu. Azerisport.az xəbər verir ki, rumıniyalı Nikolay Muşat karyerasında ilk dəfə bu komandanın formasında meydana çıxmaqla adını klubun tarxinə yazdırdı.
“Neftçi” ilə oyunadək 123 oyunçuya “Xəzər Lənkəran”ın tarixinə düşmək nəsib olmuşdu. Muşat bu rəqəmi 124-ə çatdırıb, 2011-ci ilin ilk 4 matçındakı debütantların ümumi sayının 11 olmasının səbəbkarına çevrildi. Belə ki, Simao Bruno, Andrey Mureşan, Adrian Pit, Xristu Kyaku, Adrian Skarlatake, Julius Vobay, Elnur Abdullayev, Aleksandr Pitsurka, İbrahima Banqura və Kosmin Fransinesku “Neftçi” ilə matçadək artıq debüt etmişdilər.
Bu, həm də “Xəzər Lənkəran”ın 7 illik tarixindəki gəlmələrin sayını 73-ə çatdırıb. Muşat ölkəsininn cənub komandasındakı 16-cı futbolçusudu ki, bu göstəricidə Rumıniya aşkar liderdi. İndiyədək 27 ölkədən olan futbolçular “Xəzər Lənkəran” forması geyinib: Rumıniya – 16, Türkiyə - 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya Portuqaliya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya – hərəsi 1.
