5 mart 2011 20:25

Rail Məlikovla Arif Əsədov Sadıq Sadıqova hesabat verdi

Bu gün - martın 5-də "Neftçi"nin rəhbərliyi, komandanın məşqçilər heyəti və futbolçularla görüşüb. Toplantıda "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov komandanın ölkə kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmasında üstün oyun nümayiş etdirməsinə baxmayaraq, məğlubiyyətə uğradığını bildirib.
 
Sadıq Sadıqov bu məğlubiyyətdən nəticə çıxarmağın vacibliyini məşqçilər və futbolçuların diqqətinə çatdıraraq, təkrar matçda, eləcə də Premyer Liqanın qarşıdakı görüşlərində komandamızın məzmunlu oyunu ilə azarkeşlərə qələbə sevinci yaşadacağına əminliyini vurğulayıb.
 
Görüşdə "Neftçi"nin baş məşqçisi Arif Əsədov göstərilən etimada görə klub prezidenti Sadıq Sadıqova təşəkkürünü bildirib. Baş məşqçi klub rəhbərinin tapşırığına əsasən "Neftçi"də yerli və gənc perspektivli futbolçulara üstünlük verildiyini, son vaxtlar klubda işlərin peşəkar səviyyədə qurulduğunu qeyd edib. Arif Əsədov məhz bu işlərin davamı olaraq "B" komandasının yaradılmasının önəmliyini söyləyərək, gələcəkdə burada əsas komandaya yerli gənc futbolçuların hazırlanacağına inandığını bildirib.
 
Sonra "Neftçi" klubunun kapitanı Rail Məlikov danışaraq, alınan son məğlubiyyətin bir daha təkrarlanmayacağı üçün futbolçuların meydanda sonadək mübarizə aparacaqlarını qeyd edib. Rail Məlikov, həmin qarşılaşmanın 79-cu dəqiqəsində əvəz olunarkən baş verən hadisə ilə də bağlı fikirlərini bildirib: "Həmin anda məğlub durumda olduğumuz üçün çox əsəbi idim. Bilirsiniz ki, futbolçular əvəz olunarkən əynindəki formanı çıxarıb inzibatçıya təhvil verir, əvəzində isə isti paltar alır. Mən də öz növbəmdə formamı çıxararaq inzibatçıya vermək istədim. İnanırsınız, əsəbi olduğuma görə həmin anı heç xatırlamıram da. Mən "Neftçi" kimi tarixi olan bir komandanın kapitanıyam və heç bir zaman onun atributlarına hörmətsizlik etmərəm. Uşaqlıqdan bu komandanın azarkeşi olmuşam və əgər hər hansı səhvim varsa, ürəyi "Neftçi" ilə döyünənlərdən üzr istəyirəm" – deyə Rail Məlikov bildirib.
 
Görüşün sonunda klub prezidenti Sadıq Sadıqov hər zaman komandaya dəstək olacağını və "Neftçi"nin gələcək görüşlərdə qələbələrini sıralayacağını vurğulayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.