5 mart 2011 20:34
Xəzər Lənkəran`da hamı qol vurur
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə oyununda “Xəzər Lənkəran”ın 4 futbolçusu rəqib qapısına yol tapdı. Azerisport.az xəbər verir ki, hərəyə 1 qol vuran oyunçulardan 3-ü ilk dəfə buna nail oldu.
Manuel Skarlatake 36-cı, Julius Vobay 45+2-ci, Andrei Mureşan isə 61-ci dəqiqədə “Xəzər Lənkəran”da qol hesabını açıb. Bu qarşılaşmayadək 61 futbolçu klubumuzun qollarına imza atmışdı. Cənubluların daha 3 qolçusunun da həmin siyahıya əlavə olunması nəticəsində bu rəqəm 64-ə çatıb.
