5 mart 2011 21:11

Xəzər Lənkəran`dan Neftçi`yə

Tanınmış həkim Boris Xetaqurov yenidən "Neftçi"yə qayıdıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra "Neftçi" klubunda Tibbi bərpa mərkəzinin baş həkimi vəzifəsində çalışacaq.
 
Təcrübəli həkim ona göstərilən etimada görə klub rəhbərliyinə minnətdarlığını bildirib: "Azərbaycanın ən köklü klubu olan "Neftçi" mənə çox tanış, doğmadı. Uzun müddət işlədiyim bu komandanı çox yaxşı tanıyıram. Təklif aldıqdan sonra klubun prezidenti Sadıq Sadıqovla görüşdüm. Danışığımız müsbət nəticələndi. Mənə göstərdiyi böyük etimada görə ona minnətdaram. Çalışacağıq ki, "Neftçi"nin bütün komandalarında tibbi məsələlər yüksək peşəkar səviyyədə olsun".
 
Boris Xetaqurov 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Elə həmin ildən başlayaraq, 40 il müddətində "Neftçi"də çalışıb. O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan komandamızda olub. Xetaqurov həmçinin, AFFA-nın Tibb Komitəsinin sədri və Azərbaycan milli komandasının, eləcə də bir neçə Azərbaycan klubunun həkimi işləyib. Xetaqurov Azərbaycanın əməkdar məşqçisi, idman tibbində yüksək kateqoriyalı həkim, "MDB ölkələrinin İdman Həkimləri Birliyi"nin üzvüdür. Həmyerlimiz 2008-ci ildə Almaniyada dünyada məşhur həkim olan professor Pfayferin Tibbi Mərkəzində idman həkimlərinin dərəcəsinin artırılması kursunu bitirib. Xetaqurov hələ 1985-ci ildə idmançıların fiziki işgüzarlığının artırılması vasitəsinin ixtirasına görə müəllif hüququ alıb.
 
Qeyd edək ki, Xetaqurov son dövrlərə kimi uzun müddət idi ki, “Neftçi”nin əzəli rəqibi “Xəzər Lənkəran”da çalışırdı. Lakin Mirça Rednik onunla işbirliyindən imtina etdikdən sonra Xetaqurov da işsiz qaldı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.