5 mart 2011 12:33

XL: Salmanovun doğma qardaşı Neftçi`də çalışır

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” – “Xəzər Lənkəran” oyununda hakimin onlara qarşı qərəzli və qeyri-obyektiv mövqe tutmasını qəbuledilməz hesab edən “Xəzər Lənkəran” Futbol Klubu bəyanat yayıb. Azerisport.az sizi həmin bəyanatla tanış edir:
 
“Xəzər Lənkəran” Futbol Klubu Azərbaycanda futbolun inkişafı prosesinin aparıcı tərkib hissəsidi. Yarandığı gündən qarşısına ölkə futboluna inkişaf və müxtəliflik gətirmək məqsədini qoyan və bu gün də bu məqsəd uğrunda böyük azarkeş kütləsinin dəstəyi ilə fəaliyyətini davam etdirən “Xəzər Lənkəran” hər zaman ona qarşı yönələn ədalətsizliklərə münasibət bildirib. Sağlam rəqabət prinsipinə daim əməl edərək və bu prinsipdən yayınmanı yolverilməz hesab edərək klubumuza və ölkə futboluna zidd əməllərə etiraz etməyi özümüzə borc bilirik.
 
Təəssüflə bildiririk ki, futbola yatırılan böyük vəsaitlərin qarşılığında bir sıra insanlar öz şəxsi mənafeləri naminə Azərbaycanda bu idman növünün geriləməsinə səbəb olur. Biz ayrı-ayrı şəxslərin xırda ambisiyaları səbəbindən qarşımıza qoyduğumuz böyük məqsədlərdən yayınmayacağımızı bir daha hər kəsin nəzərinə çatdıraraq, yaranmış bu vəziyyətdə sadəcə məlum faktları göstərib suallarımıza cavab tələb edirik.
 
Qeyd olunan oyunda “Xəzər Lənkəran”ın qalib gəlməsinə baxmayaraq, 90 dəqiqə ərzində hakimin komandamıza qarşı haqsız qərarlarına göz yuma bilmərik. 1:0 hesabı ilə öndə olduğumuz zaman qapımıza təyin olunan penaltinin absurd olduğu videoyazıda açıq-aşkar görünür. Bundan əlavə hesab 4:2 olarkən hakimin gözü önündə Elnur Abdullayevə qarşı qayda pozulmasına baxmayaraq, oyun davam etdirildi və əks-hücum nəticəsində komandamızın qapısından qol keçirildi. Həmçinin, bütün oyun boyu “Xəzər Lənkəran”ın qapısına doğru yerli-yersiz olaraq çoxlu sayda cərimə zərbələri təyin edildi. Ən ağlasığmaz isə öz texniki zonasında heç bir qaydaya zidd hərəkət etməmiş baş məşqçi Mirça Rednikin oyundan kənarlaşdırılması oldu.
 
AFFA səviyyəsində ümumilikdə futbola göstərilən dəstək nəticəsində hakimlik məsələsinə böyük diqqət ayrıldığını bilirik. Elədirsə, klub rəhbərliyinə zəng vuraraq oyunun müvafiq şəkildə bitməsi üçün rüşvət istəyən Anar Salmanov nə üçün hələ də federasiyanın bayrağı altında keçirilən oyunları idarə etmək hüququna malikdi? Göstərdiyimiz bu faktda əminliyimizə isə heç bir şübhə ola bilməz, çünki zəng edilən həmin klub məhz “Xəzər Lənkəran” Futbol Klubu olub. Bu faktın sübutlarını AFFA-ya göndərdiyimizə baxmayaraq, Hakimlər Komitəsi yenidən məhz Anar Salmanovu və məhz “Xəzər Lənkəran”ın “Neftçi” ilə keçirilən prinsipial oyununa təyin edib. O “Neftçi” ilə ki, Anar Salmanovun doğma qardaşı o klubda massajçı qismində çalışır. Belə aşkar fakt olduğu halda heç bir obyektivlikdən söhbət gedə bilməz.
 
Bu hakimin “Muğan” – “Xəzər Lənkəran” oyununda etdiyi özbaşınalıqdan və bizim buna etdiyimiz etirazdan da o qədər də çox zaman keçməyib. Biz o vaxtdan həyəcan siqnalı verərək, xəbərdar etmişdik ki, belə xoşagəlməz faktlara göz yummaq daha da pis nəticələrə çıxaracaq. Lakin həmən zaman sərt cəza ilə üzləşməyən Salmanov artıq dünənki görüşdə daha da ifrat formada haqsızlıqlar etdi. Onun bundan sonra da cəzasız qalmasının nəyə gətirib çıxaracığını hətta təsəvvür etmək çətindi.
 
Hal-hazırda respublikamızda korrupsiya əleyhinə keçirilən genişmiqyaslı tədbirlərin fonunda, bilavasitə bizə aidiyyatı olan futbol sahəsində də müvafiq addımların federasiya səviyyəsində atılmasını qaçılmaz hesab edirik. Bu yöndə ilk növbədə adı çirkin əməllərdə hallanması adi hala çevrilmiş Hakimlər Komitəsində islahatların aparılması zəruri olmasında əminliyimizi bildiririk və lazımi tədbirlərin dərhal və təxirəsalınmadan görülməsini tələb edirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.