5 mart 2011 12:44
Joze Mourinyoya bıçaqlı hücum
İspaniyanın “Real” (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo hücuma məruz qalıb. Azerisport.az xəbər verir ki, naməlum bir şəxs portuqaliyalı mütəxəssisi bıçaqlamağa cəhd edib.
Hava limanında Mourinyoya yaxınlaşmağa cəhd edən kişini mühafizəçilərdən biri saxlayıb. Bu zaman mühafizəçi özü 4 santimetr dərinliyində bir yara alıb. Amma o, yaralandığını ancaq hava limanını tərk edərək komandanın avtobusuna oturduqdan sonra bilib. Maurinyo özü isə hücum barədə bir neçə gün sonra xəbər tutub.
Qeyd edək ki, bu hücum hələ fevralın 25-də İspaniyanın şimalındakı La-Korunya şəhərinin hava limanında – “Deportivo” ilə oyun öncəsi baş verib. Baş məşqçi bu zaman azarkeşlərə avtoqraf paylayırmış.
