6 mart 2011 14:01
Sercanın Lokomotiv`ə keçidi baş tutmadı
Rusiyanın “Lokomotiv” (Moskva) komandasının yaxından maraqlandığı və heyətinə qatmağa yaxın olduğu Türkiyə millisinin və “Bursaspor”un hücumçusu Sercan Yıldırımın transferi son anda baş tutmayıb. Azerisport.az xəbər verir ki, “ay-ulduzlular”ın gənc futbolçusunun Rusiya klubuna keçidini hər kəs həll olunduğunu düşündüyü bir vaxtda, belə bir problemin çıxması gözlənilməz olub.
Rusiyadan geri qayıdarkən hava limanında jurnalistlərə açıqlama verən Sercan danışıqların baş tutmadığını açıqlasa da, əsl səbəbləri klubunun açıqlayacağını bildirib. Lakin mətbuatın iddiasına görə, tərəflər maliyyə məsələlərində anlaşa bilməyib.
