7 mart 2011 01:52
Fransa çempionatı: Lille Marseldən də zəfərlə döndü (YENİLƏNİB)
Fransa çempionatında 26-cı turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun əksər qarşılaşmaları ilk oyun günündə baş tutub.
Səfərdə “Auxerre”in qonağı olan PSG gözlənilməz yenilgiylə üzləşib. "Rennes" isə səfərdə qazandığı minimal hesablı qələbə sayəsində vahid liderliyi ələ keçirib. Bütövlükdə isə ilk oyun günü qol azlığı baxımından diqqətçəkən olub. 7 oyundan 3-ü qolsuz başa çatdığı halda, digər görüşlərin də hərəsində sadəcə 1 qol vurulub.
Son oyun günündə isə daha prinsipial xarakter daşıyan 3 görüş keçirilib. "Bodeaux" səfərdə "Brest" üzərində inamlı qələbə qazanıb. Lion "Olympique"i doğma meydanda 5 cavabsız qolla qələbə qazanıb. Onun Marselli adaşı isə doğma meydanda cari mövsümün ən iddialı komandalarından birinə çevrilən "Lille"ə uduzub. Bu qələbə sayəsində sonuncular zirvədəki mövqeyini də qorumuş olub.
Fransa, Liqa 1
26-cı tur
5 mart
Caen - Saint-Etienne – 1:0
Qol: Arabi, 90.
Lorient – Nancy – 0:0
Montpellier – Rennes – 0:1
Qol: Bukari, 27.
Nice – Lens – 0:0
Toulouse – Sochaux – 0:1
Qol: Mayqa, 64.
Valenciennes – Monaco – 0:0
Auxerre – PSG – 1:0
Qol: Çafni, 86.
6 mart
Brest - Bordeaux - 1:3
Qollar: Berrac, 87 - Vendel, 49, Plasil, 67, Diabete, 90.
Olympique (Lion) - Arles-Avignon - 5:0
Qollar: Lisandro, 13; 51; 55, Pyaniç, 17, Mişel, 90.
Olympique (Marsel) - Lille - 1:2
Qollar: Remi, 60 - Hazard, 10, Frau, 90+1.
| 1 | Lille | 26 | 13 | 10 | 3 | 45 | - | 25 | 49 |
| 2 | Rennes | 26 | 14 | 7 | 5 | 31 | - | 18 | 49 |
| 3 | Lyon | 26 | 12 | 9 | 5 | 44 | - | 25 | 45 |
| 4 | Marseille | 26 | 12 | 9 | 5 | 37 | - | 23 | 45 |
| 5 | Paris SG | 26 | 12 | 8 | 6 | 39 | - | 26 | 44 |
| 6 | Montpellier | 26 | 10 | 8 | 8 | 21 | - | 24 | 38 |
| 7 | Bordeaux | 26 | 9 | 10 | 7 | 35 | - | 31 | 37 |
| 8 | Lorient | 26 | 10 | 6 | 10 | 32 | - | 31 | 36 |
| 9 | Sochaux | 26 | 10 | 5 | 11 | 40 | - | 31 | 35 |
| 10 | Saint Etienne | 26 | 9 | 8 | 9 | 33 | - | 33 | 35 |
| 11 | Brest | 26 | 9 | 8 | 9 | 27 | - | 28 | 35 |
| 12 | Toulouse | 26 | 10 | 3 | 13 | 27 | - | 29 | 33 |
| 13 | Valenciennes | 26 | 7 | 11 | 8 | 30 | - | 27 | 32 |
| 14 | Caen | 26 | 8 | 8 | 10 | 29 | - | 36 | 32 |
| 15 | Nice | 26 | 7 | 9 | 10 | 17 | - | 27 | 30 |
| 16 | Auxerre | 26 | 5 | 14 | 7 | 30 | - | 33 | 29 |
| 17 | Nancy | 26 | 8 | 5 | 13 | 27 | - | 41 | 29 |
| 18 | Monaco | 26 | 4 | 14 | 8 | 25 | - | 28 | 26 |
| 19 | Lens | 26 | 5 | 10 | 11 | 24 | - | 40 | 25 |
| 20 | Arles-Avignon | 26 | 1 | 8 | 17 | 13 | - | 50 | 11 |
