6 mart 2011 14:42

İbrahim Karqbo: Şeferə minnətdaram ki, məni Bakı`ya gətirdi

“Bakı”nın yarımmüdafiəçisi İbrahim Karqbo azerisport.az saytına müsahibəsində baş məşqçi dəyişikliyindən danışıb, “Qəbələ” ilə kubok oyunlarından, eləcə də cari mövsüm üçün qarşılarına qoyulan vəzifədən danışılıb.
 
- Siz “Bakı”da Vinfrid Şeferin yeganə “miras”ı olaraq qalmısız. Komandada necə möhkəmlənə bildiniz?
- Öz oyunumla. Şeferə minnətdaram ki, məni “Bakı”ya gətirdi. İlk gündən öz üzərimdə işləyirəm, daha yaxşı olmağa çalışıram. Əgər mənə əsas heyətdə güvənirlərsə, deməli, buna layiqəm.
 
- Almaniyalı mütəxəssisin artıq komandada olmamasına təəssüflənmirsiz?
- Məşqçi işi elədi ki, bu gün burdasan, sabah digər yerdə işləyə bilərsən. Bu, futboldu.
 
- Sizə yeni baş məşqçi Aleksandr Starkovla çalışmaq çətin deyil ki?
- Bizim hamımız üçün yeni baş məşqçiylə dil tapmaq asan oldu. Düzdü, biz hələlik öz ideal oyunumuzu göstərə bilmirik. Fikrimcə, ilk altılıqda biz tam fərqli “Bakı” görə biləcəyik.
 
- “Qəbələ” ilə ilk kubok oyununuzu necə dəyərləndirərdiz?
- Oynamaq bir qədər çətin idi, çünki qar yağırdı. Amma bütövlükdə qolsuz heç-heçə bizim üçün sərfəli nəticədi. Bu, bizə yarımfinala çıxmağa kömək edə bilər. Axı kubok avrokuboklara ən yaxın yoldu.
 
- Artıq çempionatı hesablarmırsız?
- Niyə ki? Qarşıda 10 tur var.Əgər biz hər oyunda qələbə qazansaq, çox şeyə nail ola bilərik.
 
- Hiss etmirsiz ki, “Qəbələ” çempionatda ilk altılığı sizə uduzmasının revanşını almaq istəyir?
- Onlar həmişə fədakar oyun sərgiləyirlər. “Qəbələ” əla komandadı və Bakıda da bizi qətiyyən asan oyun gözləmir.
 
- Sizə elə gəlmir ki, belə oyunla “Bakı” çox şeyə nail ola bilməz?
- Komandaya vaxt lazımdı. Axı bizdə baş məşqçi dəyişikliyi olub. Bu fasilə bizə çox kömək edəcək. Səhvlərimizi analiz edə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.