6 mart 2011 21:45
Qarabağ Neftçi`nin yenə bilmədiyi ruslara 3 qol vurdu (YENİLƏNİB)
Premyer Liqada yaranan qısa fasilədən yararlanıb, Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanan “Qarabağ” bu gün qardaş ölkədə yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Rusiyanın birinci divizion təmsilçisi olan “Ska-Enerji” ilə qarşılaşıb.
Qeyd edək ki, “Qarabağ”ın məskunlaşdığı “İC Santai” otelinin futbol meydançasında baş tutan bu bu görüşə kimi Rusiya klubu daha bir təmsilçimizlə qarşılaşmışdı. Elə bu qış fasiləsi zamanı “Neftçi” də Türkiyə toplanışı çərçivəsindəki ilk matçını “Ska-Enerji”yə qarşı keçirmişdi. Lakin həmin görüşdə qalib müəyyənləşməmişdi - 1:1. Qurban Qurbanovun yetirmələri isə bu rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb.
Yoldaşlıq oyunu
6 mart
Qarabağ – Ska-Enerji - 3:1
Qollar: Əfran İsmayılov, Vüqar Nadirov, Nderim Nedzipi
