6 mart 2011 16:55
Ramiz Məmmədovun Qazaxıstandakı debütü uğursuz oldu (YENİLƏNİB)
Bu gün Qazaxıstan çempionatında yeni mövsümün startı verilib. Azerisport.az xəbər verir ki, bu ildən etibarən bu ölkənin “Atırau” klubunu çalışdırmağa başlayan Ramiz Məmmədov da ilk sınağına məhz bu gün çıxıb.
“Qəbələ”nin sabiq çalışdırıcısının yeni mövsümün açılış turundakı rəqibi isə “Aktobe” İdi. Səfərdə keçirilən qarşılaşma həmyerlimizin komandası üçün uğursuz olub. Hər hissədə 1 qol vuran meydan sahibləri Ramiz Məmmədova ilk yenilgisini yaşadıb.
Qazaxıstan Superliqası
1-ci tur
Aktobe - Atırau - 2:0 (1:0)
Qollar: Lesenkov, 21, Xayrullin, 67.
