7 mart 2011 13:10
Azərbaycan İrlandiyaya qarşı
Bu gün Türkiyədə futbol üzrə beynəlxalq turnir start götürür. Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası (U-17) da turnirin iştirakçılarındandır. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın ilk rəqibi İrlandiya kollektivi olacaq. Oyun saat 15:00-da başlanacaq.
Qeyd edək ki, milli yığmamızın heyətinə bu futbolçular dəvət alıblar: Kamran Abdullazadə ("Xəzər-Lənkəran"), İsmayıl İsmayılov ("Lokomotiv" Moskva, Rusiya), Şirmohammed Mamedov, Elvin Camalov (hər ikisi "Qəbələ"), Coşqun Diniyev, Adil Nağıyev, Qurbanəli Əliyev (hamısı "İnter), Eyyub Əliyev, Kənan Manafov (hər ikisi "Neftçi"), Polad Mirzəzadə ("Bakı"), Orxan Əliyev ("Elektroavtomatika", Rusiya), Ruslan Nəsirli ("Maşuk", Rusiya), Rüstəm Əsgərov ("Tekstilşik", Rusiya), Nurlan Şiriyev ("Rostov", Rusiya), David Qarayev ("Stolitsa", Rusiya), Ruslan Abdullayev ("Torpedo" Moskva, Rusiya), Şamil Cəmaləddinov ("Anji", Rusiya).
Qeyd edək ki, turnirdə həmçinin Makedoniya və Gürcüstan yığmaları da iştirak edirlər. Türkiyə isə yarışda 4 komanda ilə təmsil olunub. Oyunların qrafiki ilə tanış olun:
7 Mart
A qrupu:
15:00. İrlandiya - Azərbaycan
15:00. Avropa regionu yığması - Qərb regionu yığması
B qrupu:
17:00. Makedoniya - Gürcüstan
17:00. İstambul yığması - Şərq regionu yığması
8 Mart
A qrupu:
15:00. İrlandiya - Avropa regionu yığması
17:00. Azərbaycan - Qərb regionu yığması
B qrupu:
15:00. Makedoniya - İstambul yığması
17:00. Gürcüstan - Şərq regionu yığması
10 Mart
A qrupu:
15:00. Azərbaycan - Avropa regionu yığması
17:00. İrlandiya - Qərb regionu yığması
B qrupu:
15:00. Makedoniya - Şərq regionu yığması
17:00. Gürcüstan - İstambul yığması
12 Mart
Üçüncü yer uğrunda oyun:
14:00. A2 – B2
Final oyunu:
17:00. A1 – B1
