7 mart 2011 13:39
Yığmanı Belçikaya necə hazırlayırlar?
Azərbaycan futbolsevərləri mart ayının sonunu gözləyir. Məlum olduğu kimi, ayın 29-u futbol üzrə Azərbaycan yığması bu il AVRO-2012-nin seçmə mərhələsində ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, imtahan çətin olacaq. Berti Foqtsun yetirmələrini Belçikada gözləyirlər.
Ən böyük ehtiyat, sössüz ki, milli yığma oyunçularının fiziki hazırlıq vəziyyətidir. Belə görünür ki, ayın sonuna bu vəziyyət bir o qədər də yaxşı olmayacaq. Komandanı Belçika ilə oyun ərəfəsində 10 günlük toplanışa yığacaq Foqts bu vəziyyətə görə yeganə günahkar deyil. Turların qrafikinə nəzər salın. Mart ayı ərzində Azərbaycan çempionatının cəmi iki turu baş tutacaq. Bu turlar üç ola bilərdi. Ancaq kimsə mövsümün ikinci dövrəsinin 5-6-sı Martda başlanmasını faydasız hesab edib.
Görünür, PFL-də və AFFA-da futbolçuları ölkə çempionatı və kobokunun oyunları ilə yükləmək istəməyiblər. Digər tərəfdən, nə üçün azərbaycanlı futbolçuları rahatlaşdırmaq nəyə lazım? Doğrudanmı külli-legioner hesabına az qala iki heyətə malik klublar iki həftə ərzində dörd oyun keçirə bilməzlər?
Nə vaxt biz sıx oyun qrafikinə adət edəcəyik? Bunamı Foqts şikayətlənirdi? Maraqlıdır, görəsən Brüsselə çətin səfər ərəfəsində buna bənzər uyğunsuz qrafiki kim tərtib edib?
Daha bir vacib məqam. “Qarabağ” Bələkə bir həftəlik təlimə gedib. Beləki, ölkə kubokunda iştirak etmir. Yəni, seçmə mərhələ oyunu ərəfəsində yığmanın potensial oyunçuları Rəşad Sadıxov, Vüqar Nadirov, Elvin Məmmədov, Samir Abbasov, Əfran İsmayılov, Rauf Əliyev çempionatda cəmi iki oyun keçirəcəklər. Yığmanın bu üzvlərinin qış fasiləsində yığdıqları kifayət qədər yaxşı fiziki formanı saxlayacaqlarına ümid etmək qalır.
