7 mart 2011 13:48
Ukrayna klubunun iki oyunçusu Azərbaycan yığmasında
Bu gün Bakıda futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının (U-19) təlim-məşq toplanışları başlayıb. Toplanış Martın 14-ə qədər davam edəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, artıq dəvət olunmuş futbolçuların sırasına iki nəfər də qoşulacaq. Bunlar, yarımmüdafiəçi Əli Əliyev və müdafiəçi Sənan Bayramzadədir. Qeyd edək ki, hər iki futbolçu Ukraynanın "Knyaja" klubunda çıxış edir.
