7 mart 2011 13:58
AFFA qonaqları Azərbaycan futbolunun yubileyinə dəvət edir
AFFA Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbir keçirməyə hazırlaşır. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirə FIFA və UEFA-ya üzv ölkələrin futbol rəhbərlərinini gəlişi gözlənilir. Yubiley tədbirinə təşrif razılığını Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Finlandiya, Gürcüstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna federasiyalarının təmsilçiləri bildiriblər. Yaxın vaxtlarda qonaqların tam siyahısı ictimaiyyətə təqdim olunacaq.
