7 mart 2011 14:24
Zaur Ramazanov: XL işin yarısını gördü
"XL"-in sabiq hücumçusu Zaur Ramazanov hesab edir ki, "gəmiqayıranlar" ölkə kubokunun yarımfinalına çıxacaqlar: "Neftçi"yə lənkəranda çox çətin olacaq. İndi orada oyuna necə hazırlaşdıqlarını bilirəm. Düşünürəm ki, "XL" səfərdə rəqibi 4:3 məğlub etməklə artıq işin yarısını görüb. Mənim fikrimcə lənkəranlılar yarımfinala çıxacaqlar", deyə azerisport.az'a müsahibəsində bildirib.
