7 mart 2011 17:13
Azərbaycan İrlandiyaya qalib gəlmədi (YENİLƏNİB)
Bu gün Türkiyədə futbol üzrə beynəlxalq turnir start götürüb. Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası (U-17) da turnirin iştirakçılarındandır. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız ilk görüşdə İrlandiya komandası ilə 1:1 oynayıb. Bizim komandada qolu Orxan Əliyev vurub.
