7 mart 2011 16:00
Kazbek TUAYEV: Lənkəranda döyüş olacaq
Azərbaycanın futbol veteranı Kazbek Tuayev ölkə kubokunun 1/4 finalının “Xəzər-Lənkəran” və “Neftçi” arasında keçiriləcək cavab qarşılaşması ərəfəsində azerisport.az-ın suallarını cavablayıb.
Bu oyundan nə gözləyirsiniz?
İlk görüşdəki kimi maraqlı oyun gözləyirəm. Əminəm ki, komandalar yenə də müdafiəsiz oynayacaqlar. Buna baxmayaraq “Neftçi”dən qələbə gözləyirəm. Çünki baxmayaraq ki, Lənkəranda işləmişəm, “Neftçi”nin yetirməsiyəm. Düzəlişlər etməsələr bakılılara bunu etmək çox çətin olacaq. Öz meydanında dörd qol buraxmaq zarafat deyil. “XL” hücum planında güclü deyil, adətən əks-hücumlara bel bağlayır. Buna hazır olamq lazım idi.
Xatirinizdə ev oyunlarında məğlubiyyətdən sonra səfərdə qələbə qazandığınız oyunlar var?
Belə oyunlar az olmayıb. Bu vəziyyətdə bərabər komandalar qarşılaşır və “Neftçi” qarşısında fövqəladə tapşırıq dayanır. Sadəcə oyunu düzgün qurmaq, taktiki planda düzgün hesablaşmaq lazımdır. Başqa heç nə lazım deyil. “XL” keçilməz səviyyəli komanda deyil. İlk oyunda qələbəyə rəğmən (4:3) Lənkəran klubunu favorit hesab etmirəm.
Oyunun gedişində sevimli komandanızın 1:4 məğlubiyyəti zamanı nə haqda düşünürdünüz?
Ümid edirdim ki, dönüş yaranacaq. Bununla belə, “Neftçi”nin real vəziyyətləri vardı. İnanırdım ki, fərq miimuma enəcək.
“Neftçi”də müəyyən eniş sezilir. Digər tərəfdən Baxodir Nəsimov qol vurmağa yadırğayıb. Bunları əlaqələndirmək olar?
Şəxsən mən əlaqə görmürəm. “Neftçi” bir oyunçudan asılı deyil. Mütəşəkkil fəaliyyət - bax, indiki heyətin göstəricisi budur. Düzəlişləri digər amillərdə etmək lazımdır.
Nədə?
Arif Əsədov daha yaxşı bilir. Heyəti genişlənirmək lazımdır. Oyunun gedişində mütəmadi dəyişikliklər etmək lazımdır. Nəyisə dəyişmək lazımdır. Mən dəqiq deyə bilmərəm, belə ki, komandada nə baş verdiyini bilmirəm. Həmçinin, ilk növbədə bədbin ovqatı Lənkəranda qələbə ilə komandadan uzaqlaşdırmaq lazımdır.
“XL”-nın babat oyunu ilə bunu etmək çətin olacaq...
Onların oyununda nəsə fövqəladə bir şey görmürəm. Adi komandadır. Ağasəlim Mircavadov dövründə yaxşı görünürdü. Orta səviyyəli legionerləri var. Məsələn, Elnur Abdullayev aşağı səviyyəli futbolçudur. O, məndə “Neftçi”də oynayırdı. Hələki onun oyununda xüsusi nəsə görmürəm. “XL”-da məşqçi əli gözə dəymir.
Bu oyundan qol füsünkarlığı gözləməyə dəyər?
Belə ortabab komandalardan nə desən gözləmək olar. Döyüş olacağı yəqindir.
Ümumiyyətlə, siz bu oyunu “Böyük oyun” hesab edirsiniz?
Əlbəttə, axı “Real” və “Barcelona” oynayır (gülür).
