7 mart 2011 16:06
FIFA Qurbanovun Qarabağ-a keçidini təsdiqlədi
FIFA İlqar Qurbanovun "Qarabağ"a keçidini təsdiqlədi. Azerisport.az xəbər verir ki, qışda 24 yaşlı futbolçu Ağdam klubuna keçsə də, sabiq klubu "Mersin İdmanyurdu" ilə problemlər səbəbindən "Qarabağ"ın heyətində çıxış edə bilmirdi. "Əlbəttə, şadam ki, hər şey həllini tapdı. Axı mənim günahım yox idi. İndi işləmək lazımdır. Qarşıda bizi 10 final oyunu gözləyir. komandada rəqabət böyükdür. Məşqçidən şans gözləyirəm. Bundan maksimum yararlanacağam", deyə İlqar Qurbanov bildirib.
