7 mart 2011 16:15
Foqts Lənkərana gedəcək
Futbol üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi Berti Foqtsun Lənkərana səfəri dəqiqdir. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfərdə məqsəd Azərbaycan kubokunun 1/4 finalında "Xəzər-Lənkəran" və "Neftçi" arasında baş tutacaq cavab qarşılaşmasını izləməkdir. Xatırladaq ki, Foqts ötən günlərdə müsahibələrinin birində bu haqda danışmışdı.
