7 mart 2011 19:46
Tuyqun Nadirov: Rednikə görə müraciət etmişik
"Xəzər-Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az-a müsahibəsində AFFA NİK-in klubun baş məşqçisi Mirça Rednik barədə çıxardığı qərarı şərh edib: "Bu məsələ ilə əlaqədar artıq AFFA-nın apellyasiya komitəsinə müraciət etmişik. "Neftçi" ilə oyunda Rednik hakimlərə qarşı heç nə etməyib. O, sadəcə kepkasını çıxararaq qarşısında yerə çırpıb. Rumın mentaliteti bizim mentalitetdən fərqlənir. Həmçinin, bəzi sarı vərəqələrlə razı deyilik", deyə Nadirov qeyd edib.
