7 mart 2011 20:11
Təbriz Həsənov: Qolu qapıçının səhvindən buraxdıq
Futbol üzrə yeniyetmələrdən ibarət (U-17) Azərbaycan yığma komandasının baş məşqçisi Türkiyədə beynəlxalq turnir çərçivəsində İrlandiyaya qarşı keçirdiyi oyuna (1:1) şərh verib, azerisport.az xəbər verir. "Turnirin ilk oyunu idi. Bu səsəbdən bir qədər əsəbi idik. Buna rəğmən oyuna yaxşı başladıq və erkən qol vura bildik. İkinci hissədə bir neçə vəziyyəti dəyərləndirə bilmədik. Qapıçının səhvindən isə qol buraxdıq. Digər oyunlara daha yaxşı hazırlaşacağıq. Belə ki, turniri qənaətbəxş nəticə ilə başa vurmaq istəyirik", deyə Təbriz Həsənov AFFA-nın rəsmi saytına bildirib.
