Zaur Ramazanov: “Xəzər-Lənkəran” daha bir şou göstərəcək.
Zaur Ramazanov: “Xəzər-Lənkəran” daha bir şou göstərəcək.
“XL”-in sabiq futbolçusu Zaur Ramazanov azerisport.az’a müsahibəsində “Böyük oyun”da hakimlik, cənubluların qələbəsi, həmçinin “neftçi”nin problemlərindən danışıb.
-Yəqin “Neftçi” və “XL” arasında ölkə kubokunun 1/4 finalında baş tutmuş bu oyuna baxmısınız?
- Bu, əla futbol idi. Mənə oyunla yanaşı azarkeşlər də xoş gəldi. “XL” əla görünürdü. Onlar dörd qol vura bildilər və artıq hər şeyi ilk görüşdə həll edə bilərdilər. “Neftçi” çox səhv buraxdı. Medafiə demək olar ki, yox idi. “XL”-in təzə oyunçuları futbol oynaya bildiklərini göstərdilər. 4:3 hesabı “XL” üçün üstünlükdü. Cavab oyununda “Neftçi” mümkünsüz bir iş görməlidir.
- Necə hesab edirsiniz, “Neftçi”ni Lənkəranda nə gözləyir?
- Uzun müddət Lənkəranda oynamışam və rəqibi orada nə gözlədiyini bilirəm. “Neftçi” ciddi hazırlaşmalıdır. Burada ilk oyundan daha çətin olacaq. “XL” onlara özünün evdəki kimi hiss etməyə imkan verməyəcək. Üstəlik azarkeş amili. Düşünürəm ki, şansları azdır.
- İlk oyunda hakim Anar Salmanovu çox tənqid etdilər. Həmçinin o, “XL”-in çox oyunlarınıa hakimlik edib.
- Anar Salmanov yaxşı hakimdir. Ondan belə hakimlik gözləmirdim. O çətin oyunları daha yüksək səviyyədə idarə edə bilər. Oyun günü Salmanov heç özünə bənzəmirdi. Bütün oyun boyu onun nə etmək istədiyini anlaya bilmədim. Səhvləri hamıya aydın nəzərə çarpırdı.
- “XL” rəhbərliyi bildirib ki, futbol strukturlarında bəzi rəsmi nümayəndələr onlara problem yaratmaq istəyirlər...
- Əlbəttə, bəzən problemlər süni yolla yaradılır, belə olur. Ancaq “XL”-ə inanıram. Bu, hakim Salmanovun səhvlərinə rəğmən qələbə qazanmağı bacaran komandadır. Qoy öz futbolunu oynasınlar.
- Sizcə “Neftçi”nin zəif oyunu nə ilə əlaqədardır?
- İlk oyunda “Neftçi” çox zəif təsir bağışladı. əlbəttə, bir oyun hər şeyi həll etmir. Flaqman çempionata yaxşı başladı və uzun müddətdir ki, ölkə çempionatında liderlik edir. Ancaq “XL”-ə qarşı son oyun alınmadı. Hücumda problemləri vardı. Çoxlarının super hücumçü hesab etdiyi Baxodir Nəsimov qola yadırğayıb. Hələ o vaxtlar deyirdim ki, zəif komandalara hər kəs qol vura bilər. O, qol vəziyyətləri yarada bilmir, onları reallaşdıra bilir. Qoy nəsimov öz sözünü “XL”-ə qarşı oyunda desin. “Neftçilər”in hücumda böyük problemləri var. Elə bil hücumçuları çatmır.
- Düşünürsünüz ki, Lənkəranda baş tutacaq cavab oyununda çoxlu qol vurulacaq?
- Düşünmürəm ki, “Neftçi” lənkəranda açıq futbol oynamaq istəyər. Ancaq ola bilər ki, qol çox olsun. Ancaq qoların çoxunu “XL” vuracaq. Görəcəksiniz onlar dah bir şou düzəldəcəklər. əlbəttə, “Neftçi” məğlub olmağa hazırlaşmır, qələbəyə oynayacaqlar. Ancaq hesab edirəm ki, “XL” futbolçuları öz işini görüblər. Onlar artıq yarımfinaldadırlar.
- “XL” belə oyun və heyətlə çempion ola bilər?
- “Neftçi” ilə oyundan sonra keçmiş komandam haqda gözəl təsəvvürlər formalaşıb. Bizim vaxtımızda ölkə çempionatı, kuboku və “Birlik kuboku”nu qazanmış gözəl komanda vardı. Düşünürəm ki, həmin komandanın qıyıdışın görürük. Əgər “XL” bu tərzdə davam etsə,kubok və çempionluq uğrunda sona qədər mübarizə apara biləcəklər. Görəcəksiniz, “XL” daha güclü olacaq.
