7 mart 2011 11:42
Cəmşid Məhərrəmov: Rəqibi necə məğlub edəcəyimizi bilirik
Bakı-nın kapitanı Cəmşid Məhərrəmov azerisport.az-a müsahibəsində ölkə kubokunun 1/4 mərhələsində Qəbələ-yə qarşı keçiriləcək cavab oyunu haqda fikirlərini açıqlamaqla bildirib ki, оnun komandası yarımfinala çıxmağa sadəcə borcludur.
Niyə “Bakı” Qəbələdə qol vura bilmədi?
Mənə elə gəlir ki, əsas səbəblərdən biri süni ot örtüyüdür. “Qəbələ” belə örtükdə oynamağa alışıb və onlar daha inamlı görünürdülər. Əlbəttə, qar da öz rolunu oynadı.
Yəni siz hesab edirsiniz ki, heç-heçə normal nəticədir?
Bəli. Nəyə görə əksinə hesab etməliyəm? Özü də bu halda oyunumuz alınmadı. Evdə səfərdə edə bilmədiyimizi edəcəyik. Kubok “Bakı” üçün çox vacibdir.
“Qəbələ” nə ilə yadda qaldı?
Mənə onların müdafiədəki oyunu xoş gəldi. Xüsusən Saşa Yunisoğlunun fəaliyyəti. O, komandanın müdafiəsinə çox inamla rəhbərlik edir. Onlar demək olar ki, səhvə yol vermədilər.
Cavab qarşılaşmasında “Bakı”nın belə müdafiəyə qarşı ortaya qoyacağı nə isə var?
Əvvəl-axır, biz onları çempionatda iki dəfə məğlub etmişik. Onlar revanş arzusundadır. Ancaq “radar”ları necə məğlub edəcəyimizi bilirik. Bunu oyun ərzində göstərəcəyik.
Siz, revanş haqda danışdınız. Necə düşünürsünüz, sizin ilk, “Qəbələ”nin ikinci “altılıq”da mübarizə apardığı çempionatın ilk yarısını ədalətli hesab etmək olar?
Nə baş verəcəksə, o da baş verir. Məsələn, mən hesab edirəm ki, “Neftçi”nin yerində “Bakı” olmalıdır. Biz liderliyə layıq idik. Ancaq oyun, bu haqda düşünməyə imkan vermir.
Yarımfinaldakı rəqibinizin hansı komanda olacağı ilə maraqlanırsınız?
Düzü, yox. Gəlin əvvlcə ora çıxaq, sonra bu barədə danışarıq. Əlbəttə, bilirəm ki, bu “Xəzər-Lənkəran” - “Neftçi” cütünün qalibi olacaq. Onların ilk oyununun nəticəsindən də xəbərdaram. Ancaq nəyəsə şərh vermək hələ tezdir. Qarşıda 90, bəlkə də 120 dəqiqəlik cavab qarşılaşması var. Biz bu oyunda qələbəyə oynamağa hazırıq.
