7 mart 2011 12:31
Belorus şərhçi: Azərbaycanın rəqibləri adətən Bakıda xal itirir
Azerisport.az xəbər verir ki, Belorusda yerli yığma komandanın Avro-2012-nin seçmə mərhələsindəki çıxışını qiymətləndirərkən Azərbaycanın Türkiyə üzərində qələbəsini (1:0) xatırlayıblar: "Biz gözəl bilirik ki, hətta güclü kollektivlər də Andorra, Lüksemburq, Lixtenşteyndə problemlər yaşayırlar. Mən hələ daha səviyyəli yığmalar - Azərbaycan və ya Ermənistan haqda danışmıram. Orada daima xallar itirirlər. Türklər Azərbaycana məğlub oldular. O türklər ki, Avropanın ən güclü yığmalarından biridirlər. Bildirim ki, buna görə edam etmirlər. Qalib gəlmək lazım idi, alınmadı. Bu, həyatdır", deyə şərhçi Aleksandr Dmitriev Belorus KİV-nə müsahibəsində bildirib.
