7 mart 2011 00:19
Anji Mahir Şükürovsuz qələbə qazandı
Mahir Şükürovun çıxış etdiyi, Vaqif Sadıqovla Emin Ağayevin çalışdığı Rusiyanın “Anji” klubu Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesi çərçivəsində daha bir sınaq matçı keçirib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası Norveçin “Tromse” klubuyla münasibətlərinə aydınlıq gətirib.
Mahaçqala klubu qarşılaşmadan 2:0 hesablı qələbəylə ayrılıb. Məlum səbəblərdən Şükürov bu qarşıaşmada forma geyə bilməyib. Xatırladaq ki, baş məşqçi Hacı Hacıyev Mahiri nədənsə, son Antalya toplanışına aparmayıb.
