7 mart 2011 12:37
Rednik 5 oyunu buraxacaq
"Xəzər-Lənkəran"ın baş məşqçisi Mirça Rednik ölkə kuboku çərçivəsində 5 oyunluq cəza alıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, cazanın səbəbi rumıniyalı mütəxəssisin "Neftçi" ilə ölkə kubokunun 1/4 final mərhələsində keçirilmiş ilk oyununda yol verdiyi qeyri-idmani hərəkətləridir. NİK qərarında göstərildiyi kimi o, oyunun hakimini təhqir edib. "Xəzər-Lənkəran" buna görə 5000 manat cərimə ödəyəcək.
