7 mart 2011 12:50
XL və Neftçi Böyük oyun-a görə cərimələrdən xəbərdardırlar
AFFA-nın NİK-i Azərbaycan kubokunun 1/4 finalının Bakıda keçirilmiş ilk qarşılaşması zamanı baş vermiş müxtəlif pozuntulara görə "Xəzər-Lənkəran" və "Neftçi"yə müvafiq cərimələr kəsib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən bildirir ki, "XL" 8000 manat cərimələnib (5000 manat - baş məşqçi Mirça Rednikin qeyri-idmani hərəkətlərinə, 2000 manat - azarkeşlərin davranışlarına, 1000 manat - 4 sarı vərəqəyə görə). "Neftçi" 3000 manatlıq cərimə ödəyəcək (azarkeşlərin davranışına görə). Həmçinin "XL" Tofiq Bəhramov adına respublika stadionuna dəymiş ziyana görə təzminat ödəməli olacaq. "XL" azarkeşləri tərəfindən stadionun 325 oturacağı sındırılıb.
