İqor Dobrovolskiy: Azərbaycan futbolu Moldova futbolunu səviyyə baxımından deyil, maddi baxımdan üstələyir
İqor Dobrovolskiy: Azərbaycan futbolu Moldova futbolunu səviyyə baxımından deyil, maddi baxımdan üstələyir
Futbol üzrə Moldova milli yığma komandasının baş məşqçisi İqor Dobrovolskiy hesab edir ki, Moldova klubları Azərbaycan komandalarından daha güclüdür. Azerisport.az Rusiya KİV-nə istinasdən xəbər verir ki, Dobrovolskiy Moldova yığmasının sabiq baş məşqçisi Viktor Pasulkonun sözlərini şərh edib. Xatırladaq ki, müsahibələrinin birində Pasulko Moldova çempionatının işlədiyi Azərbaycan, Özbəkistan çempionatlarından geri qaldığını qeyd etmişdi.
İqor Dobrovolskiy fikirlərini belə şərh edib: "Hər kəsin öz fikrini bildirmək hüququ var. Mən düşünürəm ki, Azərbaycan nə Özbəkistan futbolu Moldova futbolunu yalnız pula - komandaların büccəsi və müvafiq şəkildə futbolçu və məşqçilərə əməkhaqqına görə üstələyir. Ancaq heç bir halda səviyyə baxımına görə üstləmir. Belə qənaətə Moldova komandalarının Zərvaycan və Özbəkistan klublarına qarşı oyunlarının nəticələrinə görə gəliəm. Moldovalıların daha çox qalib gəlməsi faktdır", deyə bildirib.
