8 mart 2011 13:19
Böyük oyun - rəy sorğusu
"Xəzər-Lənkəran" yenə də "Neftçi"yə qalib gələcək. Bu fikir futbol üzrə Azərbaycan kubokunun 1/4 final qarşılşmasının cavab oyununda "Xəzər-Lənkəran" və "Neftçi" arasında baş tutacaq görüşün nəticəsi haqda keçirilən rəy sorğusunu əks etdirir. Saytımızda sorğuda iştirak edənlərin 55%-i "Xəzər-Lənkəran"ın qələbəsini ehtimal edir. 30% "Neftçi"nin qələbəsini və yarımfinala vəsiqə qazanacağını düşünür. 9% heç-heçə fikrindədir. 5% isə "Neftçi"nin qələbəsinə rəğmən yarımfinala "Xəzər-Lənkəran"ın vəsiqə qazanacağı fikrindədir.
