8 mart 2011 13:56
Pavel Doroşev: 3-5-2 taktikası ilə Bakı`ya qalib gələcəyik
“Qəbələ”nin qapıçısı Pavel Doroşev Azərbaycan kubokunun 1/4 final qarşılaşmasının “Bakı” ilə cavab oyunu ərəfəsində azerisport.az müxbirinin suallarını cavablayıb.
- Kubokun 1/4 final cavab oyunu ərəfəsində hansı ümidlər bəsləyirsiniz?
- Onlar bizi keçmək istədikləri kimi, biz də onları keçmək istəyirik. Oyun kimin qələbəyə daha layiq olduğunu göstərəcək.
- Sizə bu rəqibi ilk oyunda və ümumiyyətlə bu mövsümdə məğlub etmək müyəssər olmayıb. Nədən belə düşünürsünüz ki, bu dəfə mükün olacaq?
- Axı biz ilk oyunu məğlub olmamışıq, qolsuz heç-heçə etmişik. Hesab etmirəm ki, cavab oyunu ərəfəsində rəqib bizdən üstün dayanıb. Şanslar bərabərdir.
- Bakılıları necə üstələmək fikrindəsiniz?
- Biz öz oyunumuzu və taktikamızı axtarırıq. Son oyunları 3-5-2 sxemi ilə oynamağa üstünlük veririk və bu bəhrəsini verir. Bu taktika ilə paytaxt klubunu məğlub etmək olar.
- “Qəbələ” əsas mübarizədən kənarda qalıbsa bu, hansı bəhrəni verir?
- əgər çempionatın bu formatı olmasaydı, bunu göstərərdik. Sadəcə komandam ili pis başladı. “Qəbələ” yüksək yer uğrunda mübarizə apara bilərdi.
- Siz nə təklif edirsiniz?
- Bu heyətlə dörd dövrədə oynamaq olardı. Latviya çempionatında 10 komanda dörd dövrədə yarışırdı. Oyunlar müxtəlif, əsaslar kifayət qədərdir. Eşitmişəm ki, növbəti mövsüm çempionatın formatını dəyişməyi planlaşdırıblar. Deyəsən çempionatı 14 komanda ilə keçirəcəklər. Bu, yaxşı olardı. Ancaq buna görə kiçik büccəli klublar illik büccə təqdim etməlidirlər ki, sonradan iştiraklarını yarı yolda dayandırmasınlar.
- Premyer Liqada uğursuzluqdan sonra üstünüzdə yük var, yoxsa klub rəhbərliyi tərəfindən çox yüklənmisiniz?
- Müəyyən yük, əlbəttə var. Sadəcə bunu göstərmirik və bu, normaldır. Rəhbərlik vəsait qoyur və haqlı olaraq nəticə gözləyir.Belə vəziyyətdə heç bir rəhbərlik məğlubiyyətə sevinməzdi.
