10 mart 2011 01:37

Milan`la Valencia da ÇL ilə vidalaşdı (YENİLƏNİB)

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyunlarda olduğu kimi, UEFA yenə 4 görüşü bu, digər 4 qarşılaşmanı isə gələn həftəyə təyin edib.
 
Bu görüşlər arasında ilk oyunda səfərdə məğlub olmuş “Barcelona” ilə dogma meydanda acı yenilgiylə üzləşmiş “Roma” cavab matçına qisas üçün çıxmışdı. İspanların işi daha asan idi. Səfər qoluna imza atmış La Liqanın lideri, “Arsenal”ı dogma meydanda qəbul edirdi və məhz bu amil onların növbəti mərhələyə vəsiqə qazanmasına çox kömək etdi. İtaliya paytaxtının təmsilçisinin işi isə daha çətin idi. İlk oyunda hələ Ranyerinin çalışdırdığı “canavarlar” o zaman ukraynalılara 2:3 hesabıyla uduzmuşdu ki, bunun əvəzini çıxmaq üçün mütləq 2 top fərqi ilə qalib gəlmək tələb olunurdu. Lakin elə ilk hissədə azlıqda qalan və penaltidən yararlana bilməyən Vinçentso Montellanın komandası nəticədə özü 3 cavabsız qol buraxaraq, ÇL ilə vidalaşdı.
 
Digər görüşlər isə bu gün baş tutub. “Schalke” ilk oyunda Raulun sayəsində onun həmyerliləri ilə dueldə sərfəli nəticə qazanmışdı ki, bundan cavab matçında da maksimum yararlanmağa borclu idi. Almanlar görüşdə erkən qola üzülsə də, sonradan toparlanıb əzmkar qələbəyə imza atdılar və adlarını növbəti mərhələyə yazdırdılar. “Tottenham” isə ilk oyunda bir qədər də qabağa gedib, İtaliya A Seriyasında cari mövsüm at oynadan “Milan”a qalib gəlmişdi. Odu ki, cavab matçında italyanların möcüzə yaradıb-yaratmayacağı maraqla gözlənilirdi. Lakin qonaqların bütün cəhdlərinə baxmayaraq, ingilislərin müqavimətini qırmaq cəhdləri faydasız qaldı. Beləcə, mühüm səfər qələbəsi "Tottenham"i 1/4 finala çıxardı.
 
Çempionlar Liqası
1/8 final, cavab oyunları
 
8 mart
 
Barcelona (İspaniya) – Arsenal (İngiltərə) - 3:1 (ilk oyun, 1:2)
Qollar: Messi, 45; 71, Xavi, 69 - Buskets, 53-öz qapısına.
 
Shakhtar (Ukrayna) – Roma - 3:0 (İtaliya) (3:2)
Qollar: Hübşman, 18, Villian, 58, Eduardo, 87.
Matçın 28-ci dəqiqəsində qonaqların üzvü Boryello penaltidən yararlana bilməyib.
 
9 mart
 
Schalke (Almaniya) – Valencia (İspaniya) - 3:1 (1:1)
Qollar: Farfan, 40; 90, Qavranoviç, 52 - Kosta, 17.
 
Tottenham (İngiltərə) – Milan (İtaliya) - 0:0 (1:0)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.