Böyük oyunda heç-heçə, XL yarımfinalda (YENİLƏNİB)
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, bu günə nəzərdə tutulan hər üç qarşılaşma başa çatıb. Günün ilk iki oyununda "İnter" və "Bakı" ölkə kubokunun yarımfinalına vəsiqə qazanıblar.
8 Mart (Çərşənbə axşamı)
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
İnter - Abşeron - 0:0 (ilk oyun: 1:0)
Bakı - Qəbələ - 1:0 (ilk oyun: 0:0)
Hamının maraqla gözlədiyi “Xəzər Lənkəran” və “Neftçi” arasındakı cavab oyunu da məhz bu gün keçirilib. Bu cütün qalibi "Xəzər Lənkəran" yarımfinalda "Bakı" qarşılaşacaq. Oyunun gedişi ilə saytımızda tanış ola bilərsiz.
Xəzər Lənkəran - Neftçi - 1:1 (ilk oyun: 4:3)
Qollar: Flavinyo, 9 (0:1), Uinston Parks, 21 (1:1)
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Q. Hüseynov, R. Həsənov.
Lənkəran. Mərkəzi şəhər stadionu. Saat 18:00.
Oyun başladı.
İlk dəqiqələrdən əsəb gərginliyi hiss olunur.
9-cu dəq. Flavio Aleks Valensio 0:1
Parks təkbətəkdən yararlana bilmədi.
Abışov səhvə yol verir. Mehdiyev onu sığortalayır.
21-ci dəq. Uinston Parks, başla dəqiq zərbə - 1:1
"Neftçi"nin hesabı artırmaq cəhdləri bəhrə vermir.
Mitreski və Pit mübahisə edirlər. Hər iki oyunçu sarı vərəqə alır.
E. Abdullayev cərimə zərbəsini boşa verir.
Pitsurke Parksı əvəzləyir.
B. Nəsimov "Neftçi"nin oyun üslubuna uyuşmur. Bir növ ansamldan geri qalır.
Flavinyo akrobatik zərbə endirir, zərbə qeyri-dəqiqdir...
Nəsimov Domana qarşı çox kobud oynayır və sarı vərəqə alır.
İlk hissə başa çatdı.
İkinci hissə başladı.
İlk hücum "Neftçi"dən gəlir. Kamran Ağayev sayıq oynayır.
Açıq oyun gedir. Hər iki komanda riskli oynayır.
Rahid Əmirquliyev Domanı əvəzləyir.
Əmirquliyev oyuna qoşulan kimi bakılıların hücumunu zərərsizləşdirir.
Kamran Ağayev zədələnir. O, topu uğursuzca qabağına atır. Topa zərbə endirmək istəyən Baxodir Nəsimov qapıçını zədələyir.
Həkimlər qapıçının üzərində bir-neçə dəqiqə "sehrbazlıq" edirlər. O, özünə gəlir.
"XL" hücum qurur. Ancaq qol vura bilmir.
Oyun sona yaxınlaşdıqca əsəblər gərilir.
"Neftçi"nin heyətində ilk dəyişiklik - Cavid İmamverdiyev Araz Abdullayevi əvəzləyir.
Simao oyuna daxil olur.
Son dəqiqələrdə meydan sahibləri vaxtı "öldürür"... "Neftçi" isə hücuma cəhd edir...
Uobay az qala ikinci qolu qonaqların qapısına vuracaqdı.
Abışovun cərimə zərbəsindən vurduğu topu Kamran Ağayev tutur.
Oyun bitdi.
Digər 1/4 final oyunu sabah keçiriləcək: “Turan” - AZAL (ilk oyun: 0:2).
