8 mart 2011 19:20
Aleksandr Starkov: Qəbələnin səhvindən yararlana bildik
"Bakı"nın baş məşqçisi Aleksandr Starkov ölkə kubokunun 1/4 final görüşünün cavab oyununda komandasının "Qəbələ" üzərində qələbəsini (1:0) şərh edib: "İkinci hissədə nisbi üstünlüyümüz vardı. Şansımızı dəyərləndirə bildik. Deyə bilərəm ki, əla qurulmuş bir komandaya qarşı oynayırdıq. Elə olur ki, belə vacib oyunların taleyini rəqibin səhvi müəyyən edir. Bu dəfə bənzər hal baş verdi. Komandamı qələbə münasibəti ilə təbrik edirəm", deyə Starkov bildirib.
