8 mart 2011 11:40

Tuyqun Nadirov: Rövnəq Abdullayevə cavab vermək hüququm yoxdu

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov azerisport.az’a müsahibəsində komandanın baş məşqçisi Mirça Rednikə kəsilən cəzadan və ölkə kuboku çərçivəsində “Neftçi” ilə keçiriləcək oyundan danışıb.
 
- Komandanın başqçisinin beş oyunluq cəzasını necə qarşıladınız?
- Bu məsələ ilə əlaqədar artıq AFFA-nın apellyasiya komitəsinə müraciət etmişik. “Neftçi” ilə oyunda Rednik hakimlərə qarşı heç nə etməyib. O, sadəcə kepkasını çıxarıb qarşısında yerə çırpıb. Rumın mentaliteti bizim mentalitetdən fərqlənir. Həmçinin bəzi sarı vərəqələrlə razı deyilik.
 
- Hər dəfə azarkeşlərə görə cərimə ödəmək sizi bezdirməyib ki?
- Bunda azarkeşləri təxribata sövq edən hakimlər təqsirlidir. Hakimlərimiz hələ bu çoxsaylı kütlə qarşısında idarəçiliyə hazır deyillər. Belə hallarda onlar daha da məsuliyyətli olmalıdır. Çoxsaylı azarkeşlər olan yerdə bənzər hadisələr baş verir. Bu, normaldır. “Neftçi” ilə son oyunda Lənkəranda onlara 770 oturacaq ayırmışdıq. Oyundan sonra oturacaqların yarısı yerində yox idi. Bizim nizam-intizam komitəsi necəsə düzgün işləmir. “XL” təkrar hallara görə digər klublardan daha çox cərimələyirlər.
 
- Bununla belə klub rəhbərliyi bu istiqamətdə iş aparır, yoxsa belə hallar sizi qətiyyət narahat etmir?
- Sözsüz, iş aparılır. Nə qədər iş aparılsa da, oyun vaxtı sevimli komandana qarşı ədalətsizliyi görəndə hissləri cilovlamaq çətindir. Fan-klubları təşkil edəndə biz hər kəsi bura götürmürük. Bizim digər klublardakı kimi yapışqan iyləyib sonra oyuna gələn azarkeşlərimiz yoxdu.
 
- İlk oyunun nəticəsi (4:3) komandanı rahatlaşdırmaz ki?
- Rahatlaşdırmamalıdır. Futbolçularımız vəziyyətdən asılı olmayaraq Lənkəranda başqa əsasla oynayırlar.
 
- AFFA prezidenti Rövnəq Abdullayev sizin ünvanınıza “Tuyqun “XL” qələbə qazananda da narazıdır” cümləsini işlədib...
- Ona böyük hörmət bəsləyirəm və məsul işlərində etdiklərinə görə minnətdaram. Onun fikrinə hörmətlə yanaşıram və ona cavab vermək hüququndadeyiləm. Ancaq istəyirəm ki, adamlar AFFA prezidentinə hesabatda faktları təhrif etməsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.