8 mart 2011 00:01
“O komandada xüsusilə hücum xətti çox güclüdü”
Premyer Liqanın final – “altılıq” mərhələsinin “Simurq” və “Qəbələ”yə qarşı oyunlarının hazırlıqlarını davam etdirən “Muğan” bu gün növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verirki, məşqdən sonra komandanın son transferlərindən olan Sierra-Leone yığmasının üzvü Samuel Barlay hazırlıqlarla bağlı fikirlərini bölüşüb:
“Düşünürəm ki, növbəti hər iki oyun çox maraqlı olacaq. İlk öncə ona görə ki, “Qəbələ” və “Simurq” komandalarının hər ikisi ilə qısa müddət öncə görüşmüşük və hər iki qarşılaşmadan qalib ayrılmışıq. Təbii ki, hər iki komanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Ancaq unutmamalıyıq ki, “Muğan” da son turlarda yüksələn xətt üzrə irəliləyir və yəqin ki, onu yenmək asan olmayacaq. Əsas məsələ oyuna köklənməkdi. Son turlarda olduğu kimi komanda oyunu nümayiş etdirsək, məqsədimizə nail ola bilərik. Xüsusilə “Qəbələ” ilə keçirəcəyimiz qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyini düşünürəm. O komandada xüsusilə hücum xətti çox güclüdü. Bu səbəbdən müdafiə və yarımmüdafiə xəttinin üzərinə ilk qarşılaşmada olduğu kimi böyük məsuliyyət düşəcək. Lakin istənilən halda komandamız qarşıdakı bütün oyunlara yalnız qələbə üçün çıxacaq”.
