8 mart 2011 00:58
Bakı Qəbələ ilə oyuna 8 itkiylə çıxacaq
“Bakı” “Qəbələ” ilə kubok oyunu öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, bugünkü oyunda iştirak etmək şansı olmayan futbolçular ayrı qrup halında məşq keçiblər.
“Qəbələ” ilə ilk oyunda zədələnən Vadim Borets, bərpa dövrü keçən Stefan Borbikoni, Ernad Skuliç, Aleksandar Soliç, cəzalı duruma düşən Fabio Luis Ramim sabah meydana çıxa bilməyəcəklər.
Gənc futbolçulardan Nicat Abdullayev, Bəxtiyar Soltanov və Emin Cəfərquliyev də adıçəkilən oyunçularla birlikdə məşq ediblər.
Əsas heyət futbolçularının qatıldığı məşq, təxminən, 70 dəqiqə çəkib. Əsas məşqi bazanın təbii otrüklü meydanında keçirən Aleksandr Starkov yetirmələrini fiziki təmrinlər və topla çalışmalar üzərində çalışdırıb.
