9 mart 2011 02:03
Berti Foqts Böyük oyunu izləməkdən imtina etdi
Yığmamızın baş məşqçisi Berti Foqtsun “Neftçi” və “Xəzər Lənkəran” arasındakı kubokun cavab görüşünü izləmək üçün Lənkərana gedəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, millimizin almaniyalı çalışdırıcısı “Böyük oyun”u arenadan izləyib.
Lakin o, qarşılaşmanı sonadək izləməkdən imtina edib. Belə ki, o, görüşün sonuna 10 dəqiqə qalmış tribunanı tərk edib.
