9 mart 2011 02:15
Turan AZAL-a da Qarabağ`ın aqibətini yaşadacaq?
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarına yekun vurulacaq. Azerisport.az xəbər verir ki, son oyun günündə sadəcə 1 qarşılaşma keçilir.
Əslində, “Turan” – AZAL cütündə demək olar ki, hər şey aydındı. İlk oyunda rəqibini 2 cavabsız qolla məğlub edən Nazim Süleymanovun komandası Naci Şensoylu Tovuz klubunun sensasiya etməsinə imkan verənə oxşamır. Baxmayaraq ki, məhz bu komanda “Qarabağ”a kubokda böyük zərbə endirmişdi. Lakin “təyyarəçilər” ən azı 1 səfər qoluna imza atmaqla, tovuzluları tam ruhdan sala bilər. Axı belə olan halda meydan sahiblərinin 4 qol vurması sadəcə möcüzə ola bilər.
Azərbaycan kuboku
1/4 final, cavab oyunu
9 mart
14:00. TURAN - AZAL
(ilk oyun: 0:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Elvin Əsgərov
Tovuz. Şəhər stadionu.
Qeyd edək ki, ilk oyun günündə baş tutan 3 oyunun nəticəsinə görə, “İnter”, “Bakı” və “Xəzər Lənkəran” adını yarımfinala yazdırmağı bacarıb. Son iki klubun artıq 1/2 finalda üz-üzə gələcəyi dəqiqdi. Yəni bu günkü oyun həm də “İnter”in yarımfinaldakı rəqibini müəyyənləşdirəcək.
